Azərbaycanda zəlzələ olub

09:14 - 26 İyun 2021 - ÖLKƏ İÇİ

Azərbaycanda zəlzələ olub.

Bu barədə Ucnoqta.az Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir. Zəlzələ yerli vaxtla saat 01:58-də Qazax stansiyasından 28 km şimal-şərqdə Ağstafa rayonunda qeydə alınıb.

Zəlzələ 3 maqnitudada baş verib. Zəlzələ ocağı 4 kilometr dərinlikdə yerləşib.
Zəlzələ hiss olunmayıb.

Xəbər xətti