Gəncədə "Toyota" "Niva" ilə toqquşdu, xəsarət alan var - FOTO

22:46 - 25 İyun 2021 - HADİSƏ

Gəncə şəhərində "Toyota Prado" markalı avtomobil "Niva" markalı avtomobillə toqquşub.

Hadisə şəhərin Atatürk prosspektində qeydə alınıb. "Toyota Prado" markalı avtomobilin sürücüsü idarəetməni itirərək yol kənarında dayanan "Niva" markalı avtomobillə toqquşub.

Hadisə zamanı "Toyota" markalı avtomobildə olan sərnişin xəsarət alıb. İlkin məlumata görə, qəzaya yüksək sürət səbəb olub.

Faktla bağlı araşdırma aparılır.///baku.ws


Xəbər xətti