Qubada avtomobil qayadan aşıb, sürücü ölüb - Foto

20:44 - 25 İyun 2021 - HADİSƏ

Quba rayonunda yol qəzası baş verib.

Hadisə Qaraçay kəndində qeydə alınıb.
Belə ki, Şabran rayon sakini, 1978-ci il təvəllüdlü Qalib Əzməmməd oğlu Əsgərovun sükanı arxasında olduğu "NİVA" markalı avtomobil idarəetmədən çıxaraq qayadan Qaraçay çayının yatağına aşıb. Nəticədə sürücü hadisə yerindəcə ölüb.

Faktla bağlı araşdırma aparılır.///report


Xəbər xətti