Goranboyda qohumunu güllələyən şəxs saxlanılıb

17:33 - 25 İyun 2021 - HADİSƏ

Goranboy rayonda silahlı insident olub.

Rayonun Nizami kəndi ərazisində yerli sakin, 1963-cü il təvəllüdlü Məharət Fərman oğlu İbrahimov qohumu, 1958-ci il təvəllüdlü Rahib Hacıyev tərəfindən ov tüfəngi ilə açılan atəş nəticəsində boynundan və əlindən xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs isə polis şöbəsinə aparılıb.
Faktla bağlı araşdırmalara başlanılıb.///report

Xəbər xətti