İsraildə yenidən maska tələbi bərpa edilir- Virus sürətlə yayılır

10:59 - 25 İyun 2021 - DÜNYA

İsraildə qapalı məkanlarda maska taxılması tələbi bərpa edilir.

APA-nın "The Jerusalem Post"a istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.
Nazirliyin yaydığı məlumata görə, bu gün saat 12:00-dan etibarən ölkədə bütün qapalı məkanlarda maska taxılması tələb olunacaq.

Bu qərar ölkədə yeni növ koronavirus infeksiyasının Delta variantının sürətlə yayılması ilə bağlıdır.
İyunun 24-də ölkədə COVID-19 infeksiyasına 169 yoluxma qeydə alınıb. Bu, aylar sonra ən yüksək rəqəmdir.

Xatırladaq ki, infeskiyaya yoluxma hallarının azalması və əhalinin çox hissəsinin peyvənd olunmasına görə iyunun 15-də İsraildə qapalı məkanlarda maska taxılması tələbi aradan qaldırlmışdı.

Xəbər xətti