Ağstafa sakini ehtiyatsızlıqdan ciddi xəsarət alıb

20:52 - 24 İyun 2021 - HADİSƏ

Ağstafada bədbəxt hadisə baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Aşağı Kəsəmən kəndində qeydə alınıb. Kənd sakini, 1987-ci il təvəllüdlü Nəsibov Elman Adil oğlu kombaynla işləyən zaman xəsarət alıb. 34 yaşlı kişi dərhal xəstəxanaya yerləşdirilib. Onun sağ əlinin bir barmağı amputasiya olunub, vəziyyətinin orta ağır olduğu bildirilir.

Xəbər xətti