Masazırda 1 ha sahədə təkər tullantıları, quru ot və qamışlıq yanıb.
Ucnoqta.az nazirliyin saytına istinadən xəbər verir ki, yanğın Mühafizə qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.
***
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonunun Masazır qəsəbəsində açıq ərazidə qatı tüstülənmə olması barədə məlumat daxil olub.
Ucnoqta.az nazirliyin saytına istinadən xəbər verir ki, məlumat daxil olduqdan dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının olduğu əraziyə cəlb olunub.
İlkin məlumata əsasən, hadisə ünvanında quru ot, kol-kos və təkər tullantıları yanır.
Əlavə məlumat veriləcək.