Qaxa qonaq gedən Abşeron sakini itkin düşüb - FOTO

17:26 - 24 İyun 2021 - HADİSƏ

Abşeron rayon sakini 1990-cı il təvəllüdlü Babayev Nail Tacik oğlu bu ilin mart ayında qonaq gəldiyi Qax rayonu Qaxbaş kəndindəki yaxın qohumunun evindən çıxıb və daha onunla əlaqə saxlamaq mümkün olmayıb.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, həmin şəxsin əlamətləri - boyu 164 sm, arıq bədən quruluşludur. Evdən çıxan zaman əynində tünd göy rəngli gödəkçə, qara köynək, şalvar və ayaqqabı olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Qax Rayon Polis Şöbəsinin (024)-255-23-52 şəhər və 050-224-64-74 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur. 

 


Xəbər xətti