Bərdədə zəncirvari ağır qəza - Foto

23:25 - 23 İyun 2021 - HADİSƏ

Bərdə rayonunun Əmirli kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, rayonun Soğanverdilər kənd sakini, 1990-cı il təvəllüdlü Məmmədov Afiq Ələkbər oğlunun idarə etdiyi “Mercedes” markalı maşın Bərdə istiqamətində hərəkətdə olarkən, kənd ərazisində “Belarus MTZ1221” markalı traktora çırpılıb.

Zərbənin gücündən otbiçən traktor ortadan bölünüb, “Mercedes”in isə motoru yerindən çıxıb.

Qəza zamanı hərəkətdə olan və Bərdə istiqamətində hərəkət edən “OKA” markalı nəqliyyat vasitəsi də “Mercedes”ə çırpılıb.

Hadisə yerinə polis və təcili yardım çağırılıb.
Zərərçəkənlər təcili yardımın köməyi ilə xəstəxanaya aparılıb. Onlardan ölən və yaralananların sayı barədə hələlik məlumat yoxdur.


Xəbər xətti