Gəncədə yabanı halda bitən çətənə kolları məhv edilib

20:41 - 23 İyun 2021 - HADİSƏ

Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Natavan-2 qəsəbəsi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.

Bu barədə Ucnoqta.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.
Belə ki, ümumi çəkisi 1320 kiloqramdan artıq olan 2676 ədəd çətənə kolları kökündən çıxarılıb və yandırılaraq məhv edilib.


Xəbər xətti