Masallıda 18 yaşlı oğlan sututarda boğulub

17:16 - 23 İyun 2021 - HADİSƏ

Masallıda gənc oğlan sututarda boğulub.

APA-nın məlumatına görə, bədbəxt hadisə Sığdaş kənd inzibati ərazi dairəsində yerləşən Babakücə kəndində baş verib. 2003-cü il təvəllüdlü Xəyal Kamal oğlu Əliyev kənd təsərrüfatı üçün nəzərdə tutulmuş sututarda boğulub. Hazırda FHN-in əməkdaşları ərazidə axtarış işləri aparır.

Faktla bağlı araşdırma aparılır.

 

Xəbər xətti