Əməkdar artist Xumar Qədimova maraqlı açıqlamları ilə gündəmə gəlib.
“Space FM”ə qonaq olan sənətçi azarkeşlik etdiyi futbolçulardan danışıb:
“Mən ispanlara azarkeşlik edirəm. Məşhur futbolçulardan Ronaldinyo, Rivaldo, Zidan və xüsusilə Lizarazyunun adını çəkə bilərəm. Lizarazyunun adı...
Bu futbolçunun adı çox erotik səslənir. Lizarazyuuuu, Lizarazyuuu”.
İfaçı, "Futbola baxırsınız?" sualına isə belə cavab verib:
“Bəli, baxıram. 2002-ci ildə dünya çempionatında Koreyanın oyununu yaxından izləyirdim. Onların Hank Yunk Kvan adlı bir futbolçusu vardı.
Onu çox sevirdim. Onu görəndə həyəcanlanırdım. Koreyalı futbolçunu çox sevirdim.
Amma həm də fikirləşirdim ki, mən belə həyəcanlanmamalıyam. Çünki məndən çox uzaqda idi. Hərçənd, gizlətmirəm, onu görəndə ağlım başımdan çıxırdı”.///baku.ws