Binəqədidə avtomobil azyaşlını vurdu

09:14 - 23 İyun 2021 - HADİSƏ

Bakıda azyaşlının ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Binəqədi rayonunda qeydə alınıb. Avtomobil yolu keçən 2013-cü il təvəllüdlü Əhmədli İbrahim Yüsif oğlunu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.///report

Xəbər xətti