Göygöldə ahıl qadın özünü asdı

23:13 - 22 İyun 2021 - HADİSƏ

Göygöl rayonunda intihar hadisəsi baş verib.

 Şəhriyar kənd sakini Ceyran Kərimovanın yaşadığı evdə özünü asaraq intihar etdiyi məlum olub.

İlkin məlumata əsasən, yaşlı qadın Şəhriyar kəndindəki evində tək yaşayıb. Yaxınları bir neçə gün ondan xəbər ala bilmədiyindən C.Kərimovanın evinə gedib. Bu zaman bəlli olub ki, qadın özünü asaraq intihar edib.

Faktla bağlı araşdırma başlanılıb,hadisənin təfərrüatları dəqiqləşdirilir./BAKU.WS

Xəbər xətti