Sumqayıtda usta hündürlükdən yıxılaraq ölüb

17:56 - 22 İyun 2021 - HADİSƏ

Sumqayıtda bədbəxt hadisə baş verib.

APA-nın məlumatına görə, hadisə şəhərin Novxanı bağları yaşayış massivində qeydə alınıb. Belə ki, bağ evlərindən birində aparılan tikintidə usta işləyən 1966-cı il təvəllüdlü Süleymanov Yaşar Cümşüd oğlu hündürlükdən yıxılıb. Hadisə nəticəsində ağır xəsarətlər alan 55 yaşlı kişini xilas etmək mümkün olmayıb. Mərhumun meyiti aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

 

Xəbər xətti