Balakəndə özünü güllələyən polis əməkdaşı ilə bağlı bəzi məlumatlar əldə etmişik.
Xidməti silahı ilə özünü vuran polis əməkdaşı Tural Nəriman oğlu Əliyev 1997-ci ildə rayonun Talalar kəndində anadan olub.
T. Əliyev iki il əvvəl polis sıralarına qəbul edilib. Hadisə bu gün axşam saat 19 radələrində Balakən şəhərindən Balakən Dəmir Yolu Stansiyasına gedən yolda baş verib. T. Əliyev idarə etdiyi “VAZ-2107” markalı minik avtomobilində xidməti silahından atəş açaraq özünü öldürüb.
Onun meyiti müayinə edilmək üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birlinin Zaqatala rayon şöbəsinə təhvil verilib.
Kənd sakinlərinin verdiyi məlumata görə, T. Əliyev subay, sakit təbiətli və heç kimlə problemi olmayan biri olub.
Faktla bağlı Balakən rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.///lent.az