Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Portuqaliyanın Nazare şəhərində təşkil olunan dünya çempionatının seçmə mərhələsində ilk oyununu keçirib.
Fransa yığmasi ilə qarşılaşan komandamız Sabir Allahquliyevin vurduğu qollarla 2:0 hesablı qələbə qazanıb.
D qrupunun digər oyununda bu gün Estoniya ilə İsveçrə qarşılaşacaq.
Qeyd edək ki, millimiz növbəti oyununu sabah Bakı vaxtı ilə saat 19:30-da qrupun favoriti sayılan İsveçrə yığmasına qarşı keçirəcək. İyunun 27-dək davam edəcək seçmə mərhələnin Avropa zonasında ilk dörd yeri tutacaq komandalar (yarımfinalçılar) avqustda Moskvada keçiriləcək dünya çempionatına vəsiqə qazanacaq.///oxu.az