Azərbaycan xalqının otuz illik həsrətinin tam bərpası - Ali Baş Komandan və xalq-iqtidar birliyi

Azərbaycana Qələbə qazandıran xalq-ordu birliyi.

Qarabağda Zəfər qazanmaq üçün tək yumruq, tək ürək olan, milli birlik və bərabərlik hisslərini ən yüksək səviyyədə nümayiş etdirən Azərbaycan xalqı tarixi ədaləti bərpa etdi. Gözlərini qırpmadan Vətən üçün, Qarabağ üçün, Qarabağın azadlığı üçün qəhrəmancasına mübarizə aparan Azərbaycan Silahlı Qüvvələri böyük tarix yazmış oldu.   

Azərbaycan xalqının otuz illik həsrəti tam şəkildə 44 günlük müharibə ərəfəsində bitdi. 44 gün ərzində təkcə ordumuz yox, Azərbaycan xalqı da öz hünərini göstərdi. Bu qətiyyəti görən ordumuz tam şəkildə, çəkinmədən sinələrini önə siper etdilər.

Media nümayəndləri belə 44 gün ərzində döyüş məntəqəsində oldular. Qeyd edim ki, Ulu öndər Heydər Əliyev hakimiyyətə gəldiyi gündən etibarən Azərbaycan ərazi bütövlüyünü qorumaq və onun inkişafı üçün əlindən gələni etdi. Ordu quruculuğu vətəndaş həmrəyliyinin olması xalqın bir araya gətirməsini qətiyyətlə bacarsa da Azərbaycan ərazi bütövlüyünü bərpa etmək ona qismət olmadı. Vurğulamaq istəyirəm ki, Ulu Öndərin vəfatından sonra onun layiqli davamçısı İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi. İlham Əliyev hər çıxışında qətiyyətlə xalqın ona güvənməsini və onun rəhbərliyi altında Azərbaycanın ərazi bütövlüyü tam bərpa olacağına inanırdı. Axı böyük Azərbaycan xalqı daima öz ali rəhbərinə inanırdı. Bu inancın başlıca səbəbi dağılmaqda olan Azərbaycanın bərpası üçün xalqın israrı ilə Yeni Azərbaycan Partiyasının yaradılması və daha sonra onun rəhbərinin hakimiyyətə gəlməsi öz sözünü deməsi göstərirdi. Bu  Qalibiyyət Azərbaycan xalqının və onun qətiyyətli ordusunun qalibiyyəti idi. Səbəb olaraq Azərbaycan xalqı öz istədiyi lideri hakimiyyətə gətirdi, ona güvəndi və onun  rəhbərliyi ilə 44 günlük müharibədə qalib olduq. Bu qalibiyyəti xalq iqtidar birliyi və bununla yanaşı olaraq xalq ordu birliyi sayəsində oldu.

1992-ci ildə bu birlik olmadığı üçün hərə özündən bir batalyon yaradaraq, hərcmərclik edərək Azərbycanın ərazi bütövlüyünü qorumaq məqsədi ilə Azərbaycan oğullarını bölürdü, lakin bu səfər bu hal yaşanmadı, xalq öz qətiyyəti ilə evində olan son pulunu belə orduya dəstək məqsədi ilə köçürmələr etdi. Yeməklər bişirildi, dərmanlar hazırlandı. Çünki Azərbaycan övladları döyüşdə idi Şuşamız, Laçınımız, Kəlbəcərimiz Zəngilanımız, Cəbrayılımız, Xocalımız, Xankəndimiz və Ağdamımız bizi gözləyirdi. Nəhayət, xalq və ordu birliyi sayəsində biz gəldik öz doğma diyarımıza. Salam vətən biz övladlarınıq səndən bizi nə qədər ayırmağa çalışsalar da, biz səni bir gün belə unutmadıq rəşadətli ordumuz və müzəffər Ali Baş Komandanın rəhbərliyi altında biz gəldik. Qarabağ bizimdir! Biz Qarabağın inkişafı üçün xalq və iqtidar birliyi olaraq əlimizdən gələni edəcəyik.

Fuad Heydər
YAP Səbail rayon təşkilatının məsləhətçisi, rayon Gənclər Birliyinin sədr müavini

Tarix
21 İyun 2021 [17:09]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-06-21 17:09:05
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin