Gürcüstandan Azərbaycana gətirilən avtomobillərin sayı artıb

17:00 - 21 İyun 2021 - AVTO

Bu ilin yanvar-may ayları ərzində Gürcüstan Azərbaycana 91 714,56 min ABŞ dolları məbləğində 13 547 avtomobil ixrac edib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında bildirilib.
Qeyd olunub ki, idxal edilən məhsulun ümumi dəyəri illik müqayisədə 6 055,56 min dollar və ya 6,19% azalıb, sayı isə 4 727 vahid və ya 53,6% artıb. Belə ki, 2020-ci ilin ilk beş ayında Gürcüstan Azərbaycana 97 770,12 min dollar dəyərində 8 820 avtomobil ixrac edib.

Cari ilin ilk beş ayı ərzində Gürcüstan ümumilikdə 165 545,9 min dollar məbləğində 21 435 vahid avtomobil ixrac edib. Beləliklə, qonşu ölkənin avtomobil ixracında Azərbaycanın payı say baxımından 63,2%, məbləğ baxımından isə 55,4% təşkil edib.

Xəbər xətti