SON DƏQİQƏ: Azərbaycanda məşhur restoran yandı – FOTO

16:16 - 21 İyun 2021 - HADİSƏ

Şabran rayonunda restoranda yanğın başlayıb.

Ucnoqta.az xəbər verir ki, Bakı-Quba yolunun kənarında yerləşən “Qala” restoranında başlayan yanğının söndürülməsi üçün əraziyə Şabran Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və yanğınsöndürən maşınları cəlb olunub.

Alovun ətraf əraziyə keçməsinin qarşısı alınıb.

Yanğının səbəbləri araşdırılır.

///apa


Xəbər xətti