Məzun gecəsində 17 yaşlı qızı nişanlısı bıçaqlayıb?

12:46 - 21 İyun 2021 - HADİSƏ

Sabirabadda 17 yaşlı məktəbli qızın məzun gecəsi şənliyində bıçaqlanması ilə bağlı bəzi detallar məlum olub.

Qaralar kəndi ərazisində yerləşən “Ana Kür” restoranında 5 saylı məktəbin şagirdləri şənlik təşkil ediblər.
Hadisəni törədən 19 yaşlı Sübhan Qasımlı məktəbdə təhsil alan Nərgizi (şərti ad) sevirmiş və buna görə valideynləri ilə elçilik də edib. Sübhanın ailəsi polisə izahatında bildirib ki, Nərgiz Sübhanla nişanlı olub. Nərgizin ailəsi isə elçilik mərasimində oğlan evinə “yox” dediyini bildirir.

Şənlikdən bir neçə gün öncə Sübhan qızdan həmin şənliyə getməməsini istəyib. Nərgiz isə məktəb yoldaşları ilə keçirilən məzun gecəsinə qatılıb. Bu səbəbdən də oğlan həmin şənliyə gələrək onu bıçaqlayıb.
Cinayəti törətdikdən sonra hadisə yerindən qaçan Sübhanın axtarışları davam edir. Nərgizin isə səhhəti stabildir.///qafqazinfo

Xəbər xətti