Sürücü 90-lıq yolda 86 ilə radara düşdü - Müəmmalı protokol - VİDEO

09:58 - 21 İyun 2021 - HADİSƏ

Bakı-Qazax avtomagistralında sürət həddi saatda 90-km-dir. Amma sürücü saatda 86 km sürət həddi ilə radara düşüb. Vətəndaş sürət həddini aşmağa görə ünvanına gələn cərimədən narazıdır. Belə olan halda sürücü hara müraciət etməli, problem necə həllini tapmalıdır?!

Ucnoqta.az Xəzər xəbərə istinadən xəbər verir ki, sürücü iddia edir ki, sürət həddi saatda 90-km olan yolda 86 km sürətlə radara düşüb.

Ona gələn cərimə protokolunda Bakı-Qazax-Gürcüstan avtomagistralının 453-cü kilometrliyində  sürətin saatda 60 km olduğu bildirilib. Onu ərazidə quraşdırılan sürət həddini ölçən cihaz yox, qarşıdan gələn, ərazidə xidmət aparan YPX-nin avtomobili çəkib. Vətəndaş isə cərimə ilə razı deyil.

YPX əməkdaşı isə vətəndaşa texniki səhv olduğunu bildirib. Onu Ağstafa rayonunun Polis Şöbəsində Yol Patrul Xidməti hissəsinə yönləndiriblər. Bildirilib ki, sürücü cərimənin ləğv edilməsi üçün ərizə ilə Baş Dövlət Yol Polis idarəsinə müraciət etsin. Eyni zamanda 902 qaynar xəttinə də zəng etməlidir. Vətəndaş  YPX əməkdaşının dediyi kimi etsə də gözlədiyi nəticəni əldə edə bilməyib.

Vətəndaş bu cəriməni qısa zamanda ödəməsə avtomobili hər hansı bir stasionar postda saxlanılaraq müvəqqəti duracağa yerləşdirilə bilər. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov Xəzər Xəbərə açıqlamasında bildirib ki, əgər BDYP-nin cavab məktubu da onu qane etmirsə, vətəndaş özünü haqlı sayırsa, bu halda məsələyə hüquqi qiymət verilməsi üçün məhkəməyə müraciət etməlidir.

Xəbər xətti