Azərbaycanda koronavirus əleyhinə peyvənd olunanların sayı açıqlanıb

16:52 - 20 İyun 2021 - Xəbər

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 32 795 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 993, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14 802 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 2 989 458, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 949 635, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 039 823 təşkil edir.

 

Xəbər xətti