FHN qanunsuz tikintinin qarşısını aldı

14:41 - 20 İyun 2021 - ÖLKƏ İÇİ

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tikintidə təhlükəsizliyin təmin olunması istiqamətində üzərinə düşən vəzifələrin icrasını davam etdirir.

Ucnoqta.az xəbər verir ki, agentliyin mütəxəssisləri tərəfindən Şəmkir rayonu, Zəyəm qəsəbəsi, Vağzal küçəsində vətəndaş tərəfindən müvafiq sənədlər olmadan qeyri-yaşayış obyektinin tikintisinin aparılması faktı aşkar edilib.

Göstərilən məsələ ilə əlaqədar FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikinti işləri dayandırılıb və obyekt nəzarətə götürülüb.

Xəbər xətti