Masallıda əri ilə mübahisə edən qadın özünü bıçaqladı

Masallıda gənc qadın özünə bıçaqla xəsarət yetirib.

Ucnoqta.az xəbər verir ki, hadisə rayonun İsgəndərli kəndində baş verib.
Kənd sakini, Abşeron rayonunun Mehdiabad qəsəbəsində yaşayan 2003-cü il təvəllüdlü Günay Vüsal qızı Məmmədova bir müddət əvvəl atasının evinə qayıdıb. Onun əri, Mehdiabad qəsəbə sakini, 1988-ci il təvəllüdlü Böyükağa Əhliman oğlu Orucov qadını geri qaytarmaq üçün Masallıya gəlib. Lakin bu zaman onlar arasında münaqişə yaranıb. Münaqişə zamanı G.Məmmədova bıçaqla özünə xəsarət yetirib.

Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona qarının ön divarının daxilə nüfuz edən kəsilmiş-deşilmiş yarası, ağ ciyər səthinin zədəsi diaqnozu qoyulub. G.Məmmədova əməliyyat edilib.

Faktla bağlı araşdırma aparılır.///report

Tarix
20 İyun 2021 [13:57]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-06-20 13:57:25
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin