Gürcüstanda Hindistan ştammına yoluxanların sayı artdı

20:59 - 19 İyun 2021 - DÜNYA

Gürcüstanda koronavirusun Hindistan ştammına iki yeni yoluxma qeydə alınıb.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze məlumat verib.
O, bununla ölkədə virusun təhlükəli növünə ümumi yoluxma sayının 20-yə çatdığını bildirib.

Qeyd edək ki, qonşu ölkədə Hindistan ştammına ilk yoluxma faktları mayın 27-də təsdiqlənib.

Xəbər xətti