Putin İbrahim Rəisini təbrik etdi

Rusiya Prezidenti Vladimir Putin İranda məhkəmə hakimiyyətinin rəhbəri İbrahim Rəisini prezident seçkilərində qələbə münasibətilə təbrik edib. “Qafqazinfo” “RİA Novosti”yə isitnadən xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Tehrandakı səfirliyinin mətbuat attaşesi Maksim Suslov təsdiqləyib. “Təbrik məktubu göndərilməsini təsdiq edirik”, - deyə Suslov qeyd edib. İranın Moskvadakı səfirliyindən isə bildirilən məlumata görə, Putin Rəisini təbrik edərək, müxtəlif sahələrdə ikitərəfli konstruktiv əməkdaşlığın, habelə beynəlxalq məsələlərdə qarşılıqlı əlaqələrin gələcək inkişafına ümidvar olduğunu və bunun hər iki ölkənin mənafeyinə uyğun gəldiyini bildirib.
Tarix
19 İyun 2021 [16:18]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-06-19 16:18:57
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin