Oğuzda qadın sürücü on yaşlı uşağı vurub

15:28 - 19 İyun 2021 - HADİSƏ

Oğuz rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, hadisə bu gün günorta saatlarında Oğuz şəhəri ərazisində qeydə alınıb. Belə ki, 2011-ci il təvəllüdlü Nur Babək qızı Məmmədova yaşadığı evin qarşısında qadın sürücünün idarə etdiyi avtomobil tərəfindən vurulub. Yaralı kəllə-beyin travması ilə ilk olaraq Oğuz Rayon Mərkəzi Xəstəxanasına, daha sonra vəziyyəti ağır olduğundan Mingəçevir şəhərinə göndərilib. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti