Rusiyada təyyarənin qəzaya uğradığı yerdən GÖRÜNTÜLƏR: 7 nəfər ölüb, yaralananlar var

21:51 - 19 İyun 2021 - HADİSƏ

Kemerovo vilayətində təyyarə qəzaya uğrayıb, ölənlər var.

Ucnoqta.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Rusiyanın Kemerovo vilayətində L-410 təyyarəsi sərt eniş edib. Nəticəcədə 7 nəfər ölüb, 15 nəfər xəsarət alıb. Ölənlərdən ikisi pilotlardır. 

L-410 təyyarəsinin qəzaya uğramasının ilkin səbəbi kimi mühərriklərdən birinin sıradan çıxması göstərilib.

Bu səbəbdən təyyarə təcili eniş etmək məcburiyyətində qalıb.
Video əlavə olunub.

Xəbər xətti