Ronaldu daha bir rekorda imza atdı

Portuqaliya yığmasının və İtaliyanın "Yuventus" futbol komandasının hücumçusu Kriştianu Ronaldu ilk dəfə olaraq instaqramda 300 milyon abunəçi toplayıb. Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir. İdman dünyasında Ronaldunun ən yaxın təqibçiləri futbolçular Lionel Messi və Neymardır. "Barselona"nın kapitanının 219 milyon abunəçisi var. PSJ-nin hücumçunun auditoriyası bundan 67 milyon nəfər azdır. Ümumilikdə isə sosial şəbəkədə ən məşhur hesablar siyahısında Ronaldudan sonra üç amerikalı qərarlaşıb: aktyor və restler Dueyn Conson (246 milyon abunəçi), müğənni Ariana Qrande (244 milyon izləyici) və model Kayli Cenner (241 milyon izləyici). Ronaldu iyunun 15-də də Avropa çempionatının iki rekorduna imza atıb. O, futbolçular arasında qitənin beş dəfə birincilik yarışında iştirakı ilə rekorda yiyələnib, həmçinin 11 qol ilə yarışın tarixində ən yaxşı bombardir olub.
Tarix
19 İyun 2021 [08:00]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-06-19 08:00:50
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin