“Sosial media saxta xəbərləri böyüdür” - Hikmət Hacıyev

“Sosial media saxta xəbərləri böyüdür. Süni intellekt bu problemi daha da artırır”.

Bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən Virtual Dünyada Məlumat Çirkliliyi və Saxta Xəbərlər” adlı panel sessiyasında deyib.

Xatırladaq ki, bu gün Türkiyənin Antalya şəhərində Antalya Diplomatiya Forumu (ADF) öz işinə başlayıb.
Tədbir iyunun 18-dən 20-dək davam edəcək. Bu gün, forumun birinci günündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu açılış nitqləri ilə çıxış ediblər.

Tədbirdə, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iştirak edirlər.

Tarix
18 İyun 2021 [21:00]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-06-18 21:00:31
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin