Rusiya Türkiyə ilə aviaəlaqəni bərpa etdi

20:45 - 18 İyun 2021 - DÜNYA

Rusiya iyunun 22-dən etibarən Türkiyə ilə aviaəlaqələri bərpa edir.

Bu barədə Rusiya baş nazirinin müavini Tatyana Qolikova deyib.
Qolikovanın sözlərinə görə, qərar Türkiyəyə səfər edən təftiş qrupunun yekun rəyləri əsasında qəbul edilib.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının kəskin artması ilə əlaqədar Türkiyə ilə müntəzəm və çarter uçuşlarını aprelin 15-dən iyunun 1-nə kimi dayandırmışdı. Daha sonra bu qadağa iyunun 21-nə kimi uzadılmışdı.

Xəbər xətti