Fərid Cəfərov vəzifəsindən azad edildi

19:39 - 18 İyun 2021 - Xəbər

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə məxsus “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC-nin direktoru Fərid Cəfərov vəzifəsindən azad edilib.

Hazırda şirkətə onun müavini Natiq Məlikov rəhbərlik edir.

F.Cəfərova isə xidmətin aparatında yeni vəzifə verildiyi bildirilir.
Xatırladaq ki, “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” 2009-cu ildə yaradılıb.

Xəbər xətti