Bakıda zəncirvari qəza olub, ölən var - Foto

01:07 - 18 İyun 2021 - HADİSƏ

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, hadisə Xəzər rayonunda qeydə alınıb. Mərdəkan qəsəbəsində 99-LO-632 dövlət nömrə nişanlı "Reno" markalı avtomobil, 99-VX-039 dövlət nömrə nişanlı "Opel" markalı avtomobil, eləcə də "Volkswagen" markalı avtomobillər toqquşub. Qəza zamanı “Opel”də olan bir nəfər (şəxsiyyət dəqiqləşdirilir -red) ölüb. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti