Gəncədə gəlin əri, qayını və qayınanası tərəfindən döyülüb.
Hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 1997-ci il təvəllüdlü Həsənzadə Züleyxa Çərkəz qızı müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
İlkin məlumata görə, o, əri, qaynı və qayınanası tərəfindən döyülüb. Faktla bağlı araşdırma aparılır.///lent.az