Qubada külək bəzi yaşayış məntəqələrini işıqsız qoydu

21:44 - 17 İyun 2021 - HADİSƏ

Qubada güclü külək elektrik enerjisinin verilişində fasilələrə səbəb olub.

"Report"un məlumatına görə, rayon ərazisində elektrik enerjisinin verilməsində fasilələr yaranıb.

Qonaqkənd, Alpan, Alekseyevka və İqriq kəndlərində yüksək gərginlikli elektrik xətlərində enerjinin verilməsində məhdudiyyətlər olub.

Hazırda İqriq kəndində problemin aradan qaldırılması işləri aparılır, digər xətlərdə problemlər aradan qaldırılıb.

Xəbər xətti