Ağdamda itkin düşən şəxsin meyiti tapılıb - FOTO

Ağdamda itkin düşən şəxsin meyiti tapılıb.

 Ağdam rayon sakini Cəsarət Hətəmxanov iyunun 7-də yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb. 1978-ci il təvəllüdlü C. Hətəmxanovun itkin düşməsi ilə bağlı rayon Polis Şöbəsinə daxil olmuş müraciətlə əlaqədar Ağdam RPŞ-nin əməkdaşları və digər aidiyyəti qurumlar tərəfindən işğaldan azad edilmiş ərazilər də daxil olmaqla, bütün rayon ərazisində axtarış tədbirləri aparıb.

İyunun 17-də səhər saatlarında C. Hətəmxanovun meyiti Ağdam rayonunun işğaldan azad olunmuş Seyidli kəndi ərazisində tapılıb. C.Hətəmxanovun ərazidə mina partlayışı nəticəsində həlak olduğu deyilir. Meyitin götürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyi və ANAMA əməkdaşları cəlb edilib.///trend

Tarix
17 İyun 2021 [10:07]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-06-17 10:07:10
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin