Bakıda çimərlikdə KÜTLƏVİ DAVA: 2 nəfər bıçaqlanıb

23:56 - 16 İyun 2021 - HADİSƏ

Bakının Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Mərdəkan qəsəbəsində qeydə alınıb.
1988-ci il təvəllüdlü Mahmudov Şəmsi Asif oğlu və 1984-cü il təvəllüdlü Mahmudov Xəyal Saleh oğlu kütləvi dava zamanı bıçaqlanıb. Ş.Mahmudova ümumilikdə üç bıçaq zərbəsi vurulub. X.Mahmudovun isə döş qəfəsinə daxilə nüfuza edən xəsarət yetirilib.

Onun vəziyyəti ağırdır.

Xəbər xətti