Restoranlarda qiymət artımı: Yeməklər bahalaşıb - Video

Pandemiya səbəbindən  bir il yarımdır ki, müəyyən məhdudiyyətlərlə işləyən restoranlarda qiymətlər əvvəlki vaxtla müqayisədə indi nəzərəçarpacaq dərəcədə bahalaşıb. Salatlar, kabablar daha əvvəlki qiymətlərə satılmır. Restoran sahibləri qiymət artımını müəyyən səbəblərlə izah edirlər. Baxaq həmin səbəblər nələrdir?

Keçirdiyimiz sorğudan aydın olur ki, restoranlarda yeməklərin qiymətlərində artım var. Xüsusilə şəhərdəki restoranlarda kababların və salat növlərinin qiymətləri bahalaşıb. Restoran sahibi Mahir Zeynalov da etiraf edir ki, bu yeməklərin qiymətləri 10-15 faiz arasında artıb.

Kabab və salatlarla yanaşı qazan yeməklərinin qiymətləri də dəyişib.
Restoran işlədənlər deyir ki, qiymət artımının bir sıra səbəbləri var. Bu obyektlərin uzun müddət işləməməsi də həmin səbəblər arasındadır.

Bakıətrafı dəniz kənarında yerləşən restoranların da qiymətləri ilə maraqlandıq. Burada obyekt işlədənlərin bəziləri bildirirlər ki, çimərlik mövsümü açıldığından gələnlərin sayı çox olsa da, hələki heç bir qiymət artımı etməyiblər.
O da bildirildi ki, yaxın vaxtlarda bəzi yeməklərin qiymətlərinin artması qaçılmazdır. 

Tarix
17 İyun 2021 [00:35]
Müəllif
Üç nöqtə
2021-06-17 00:35:50
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin