Goranboyda "VAZ-2106" aşdı - sürücü öldü

00:24 - 17 İyun 2021 - HADİSƏ

Goranboy rayonunda ölümlə nəticələnən avtomobil qəzası olub.

"Report"un məlumatına görə, hadisə rayonun Səfikürd kəndi ərazisində qeydə alınıb.
"VAZ-2106" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarına aşıb. Nəticədə nəqliyyat vasitəsinin sürücüsü hadisə yerində dünyasını dəyişib.

Onun şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti