Ucnoqta.az
www.ucnoqta.az

Goranboyda "VAZ-2106" aşdı - <font color=red><b>sürücü öldü</b></font>

00:24 - 17 İyun 2021 tarixində dərc olunub.

Goranboy rayonunda ölümlə nəticələnən avtomobil qəzası olub.

"Report"un məlumatına görə, hadisə rayonun Səfikürd kəndi ərazisində qeydə alınıb.
"VAZ-2106" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarına aşıb. Nəticədə nəqliyyat vasitəsinin sürücüsü hadisə yerində dünyasını dəyişib.

Onun şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.

Müəllif: