Lerikdə kəndə hucum edən ayı təsərrüfata ziyan vurub

Lerik rayonunda ayı kəndə hucum edib. “Report”un məlumatına görə, hadisə rayonun Mistan kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 1973-cü il təvəllüdlü Hüseynov Şəmsi Nurəli oğluna məxsus arıçılıq təsərrüfatına hucum edən ayı arı pətəklərini dağıdıb. Hadisədən xəbər tutan ev sahibi qonşuların və itlərin köməkliyi ilə ayını ərazidən uzaqlaşdırıblar. Amma buna baxmayaraq, fermerə maddi ziyan dəyib, arıların yeşikləri, çərçivələri dağılıb. Qeyd edək ki, bu ayıların kəndə ilk hücumu deyil. Bundan əvvəl vəhşi heyvan yerli sakinlərin kənd təsərrüfatı heyvanlarına da zərər vurub.
Tarix
16 İyun 2021 [22:39]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-06-16 22:39:56
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin