Türkiyə Uelsə məğlub oldu

22:04 - 16 İyun 2021 - İDMAN

Bu gün Avro-2020-nin qrup mərhələsində 2-ci tura start verilib.

6-cı oyun günündə nəzərdə tutulan 3 matçdan 1-i başa çatıb.
B qrupunda Finlandiya Rusiya ilə üz-üzə gəlib və 0:1 hesabı ilə uduzub. Digər iki matç isə A qrupunda keçirilir. Türkiyə yığması Bakıda Uelslə qarşılaşıb və 0:2 hesabı ilə məğlub olub. Bu, qardaş ölkə komandasının Bakıdakı ilk matçı olub. Bakı Olimpiya Stadionu isə turnirdə ikinci matçı qəbul edib.

Günün son oyununda isə İtaliya Romada İsveçrə ilə qarşılaşacaq. İtaliyanlar 1/8 finala ilk vəsiqənin sahibi ola bilər. Bunun üçün Roberto Mançininin komandası qalib gəlməlidir.

6 iyun
A qrupu


20:00. Türkiyə - Uels - 0:2
Qollar: Remzi, 42, Roberts, 90+5
Baş hakim: Artur Manuel Ribeyro Soares Dias (Portuqaliya)
Reallaşdırılmayan penalti: Qaret Beyl, 61 (Uels)
Bakı Olimpiya Stadionu

Xəbər xətti