İki erməni rəqib döyüşdən imtina etdi.
Ucnoqta.az xəbər verir ki Rusiyanın paytaxtı Moskva şəhərində "Vegas City Hall"da Rusiya Gənclər və İdman Nazirliyi, Rusiya Peşəkar Boks Federasiyası və "WTKF" tərəfindən "Буря в июне" adlı beynəlxalq peşəkar boks turniri keçirilib.
Turnirdə vətənimizi Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasovun, "Bizon Energy", iş adamları Pənah İbrahimov və Rəvan Bəşirovun dəstəyi ilə peşəkar boksçumuz Fuad Tarverdi təmsil edib.
Azərbaycanın "Qızıl Əlcək" idman klubunun məşqçisi Rəhim Allahverdiyev və Rusiyanın "Mübariz" idman klubunun məşqçisi Ravid Axundovun yetirməsi olan boksçumuz Fuad Tarverdi ilk "profdebyut" döyüşünü keçirib.
İlk öncədən boksçumuzun rəqibi erməni boksçusu Armen Arutyunov olsa da, yarışdan bir neçə gün öncə döyüşdən imtina edib. Daha sonra təyin olunan ikinci rəqib-Ermənistanı təmsil edən Qriqoriy Arutyunyan da Fuadla döyüşdən imtina edib.
Nəticədə boksçumuz Fuad Tarverdinin rəqibi Qırğızıstan Respublikasını təmsil edən Saymik Mamadaliyev olub.
Boksçumuz rəqibini 3-cü raundda nokautla məğlub edərək, beynəlxalq promouterlərin diqqətini cəlb edib.
Onu da qeyd edək ki, ilk peşəkar döyüşünə çıxan Fuad Tarverdi rinqə Şəhid Xudayar Yusifzadənin ifa etdiyi "Dastana döndü" kompozisiyası ilə daxil olub və sonda qələbəsini Şəhid və Qazilərimizə həsr edib.