Ərdoğan Milli Məclisdə Bəxtiyar Vahabzadənin şeirini söylədi

16:19 - 16 İyun 2021 - Xəbər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Məclisin bu gün keçirilən xüsusi iclasında Azərbaycanın mərhum şairi Bəxtiyar Vahabzadənin şeirinin ilk iki bəndini söyləyib.

Ucnoqta.az “Report”a istinadən şeirin həmin bəndlərini təqdim edir:

Bir ananın iki oğlu,

Bir amalın iki qolu.

O da ulu, bu da ulu

Azərbaycan - Türkiyə.

Dinimiz bir, dilimiz bir,

Ayımız bir, ilimiz bir,

Eşqimiz bir, yolumuz bir

Azərbaycan - Türkiyə .

Xəbər xətti