Adı biznesmen Rza Zərrabla eşq dedi-qodularında hallanan türkiyəli müğənni Hadisə sevgilisi Kaan Yıldırımdan ayrılıb.
“Takvim” xəbər verir ki, gah küsüb, gah barışan cütlük münasibətlərinə son verib.
Onlar bir-birlərini “Instagram”da izləmədən çıxarıblar.
Ebru Gündəşlə evli olan zaman Zərrabla ABŞ-da görüşməsi iddia edildikdən sonra Hadisə və Yıldırımın evlilik planı təxirə düşüb. Hətta iddiaya görə, Yıldırıma ailəsindən bu münasibəti bitirməsi ilə bağlı xəbərdarlıq da edilib.///oxu.az