Cəlilabad xəstəxanasında əkiz uşaq dünyaya gətirən ana ölüb

10:18 - 16 İyun 2021 - HADİSƏ

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında ana ölümü baş verib.

"Report"un məlumatına görə, Biləsuvar rayon sakini, 1984-cü il təvəllüdlü Əhmədova Xəyalə Ədalət qızı bu gecə xəstəxanada əkiz uşaq dünyaya gətirib.

Qadının vəziyyəti əvvəl yaxşı olsa da, sonradan pisləşib və o, vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti