DİM imtahan günlərinin sayını artırdı

10:06 - 16 İyun 2021 - Xəbər

Dövlət İmtahan Mərkəzi iyulun 1-də keçirilməsini nəzərdə tutduğu müxtəlif növ imtahanların vaxtını dəyişib.

Bu imtahanlarda iştirak etmək üçün 26 mindən artıq abituriyent qeydiyyatdan keçib.

İmtahanlarda iştirakçıların sıxlığının azaldılması məqsədilə Mərkəz bu imtahanların iyulun 1-də və 2-də müxtəlif şəhər və rayonlarda keçirilməsi qərara alınıb.

İyulun 1-də və ya 2-də imtahan keçiriləcək şəhər və rayonların siyahısı yaxın günlərdə elan olunacaq.

Qeyd edək ki, iyulun 1-də və 2-də aşağıdakı imtahanlar keçiriləcək.

- əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı;
- müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı;
- qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan;
- aprel ayında keçirilən buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən XI sinif şagirdləri üçün buraxılış imtahanı;
- eksternat qaydasında imtahan verənlər üçün buraxılış imtahanı.

Xəbər xətti