Putin neftçalalı generalı DYP-yə rəis TƏYİN ETDİ

16:02 - 15 İyun 2021 - Xəbər

Rusiya Prezidenti Vladimir Putinin sərəncamı ilə Dövlət Yol Polisi İdarəsinin rəis müavini general-mayor Aleksandr Bıkov sözügedən qurumun rəisi vəzifəsinə təyin edilib.

Aleksandr Bıkov Neftçala rayonunun Bankə qəsəbəsində anadan olub. O, ibtidai təhsilini Bankə qəsəbəsində yerləşən Səməd Vurğun adına 2 saylı orta rusdilli məktəbdə alıb.

Sonradan Rusiyaya köçüb. Aleksandr Bıkovun 42 yaşı var. ///hit.az

Xəbər xətti