"Kiminsə ağzının boş olması..." - Namiq Qaraçuxurlu əsəbiləşdi

09:30 - 14 İyun 2021 - MAQAZİN

"Əzizlərim rahatsız olmasın deyə koronavirusa yoluxmağımı gizli saxlamaq istədim. Təəssüf ki, kiminsə ağzının boş olması buna imkan vermədi".

Ucnoqta.az Ölkə.az-a istinadən xəbər verir ki, bunu meyxanaçı Namiq Qaraçuxurlu xəstəxanaya yerləşdirilməsi xəbərləri ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib.

O, həmçinin belə xəbərə görə, sevənlərinə həyəcan verdiyini hesab etdiyi üçün üzr istəyib: "Bildirmək istəyirəm ki, xəstəliyi çox yüngül keçirirəm, saytların bildirdiyi kimi xəstəxanada falan deyiləm və tezliklə sağalıb vətənə geri dönəcəyəm".

Qeyd edək ki, yerli mətbuatda onun koronavirus səbəbindən xəstəxanaya yerləşdirildiyi bildirilmişdi.

 

Xəbər xətti